Azad Azərbaycan Teleradio Yayım şirkətində (ATV) növbəti dəyişiklik baş verib. Uzun illərdir kanalın "Şarm" verilişinin aparıcısı eyni zamanda "ATV maqazin" jurnalının baş redaktoru Samirə Rüstəmova vəzifəsindən azad edilib. Jurnalın redaktoru və peşəkar jurnalist Zakirə Zakirqızının adından mətbuata məlumat verilib. İllərdir Samirə ilə birgə çalışan redaktor yayılan xəbərdə S. Rstəmovanın gedişinin səbəbini şəxsi həyatındakı dəyişiklə bağılayıb: "Samirə xanım işdən özü çıxıb".
Lakin SİA xəbər verir ki, Samirə işdən özü çıxmayıb, çıxarılıb. Onu telekalın yeni rəhbərliyi işdən uzaqlaşdırıb. Bunun səbəbini dəqiq öyrənə bilməsək də yeni rəhbərliyin idarə heyyətində çalışan əksər əməkdaşları işdən azad etməsini əminliklə deyə bilərik. Samirə Rüstəmova da istisna olmadı.
Kanalın yeni rəhbərliyi təyin olunan gündən Samirə Rüstəmovanın vəzifəsində qalması sual altında idi.
Xatırladaq ki, keçmiş baş redaktor bir müddət öncə yerli mətbuatda ATV-ni özü tərk etməsini açıqlayıb.
Onu da qeyd edək ki, hazırda baş redaktor vəzifəsi Zakirə Zakirqızına verilib. Uzun illər bu sahədə çalışan jurnalistin imzası kifayət qədər tanınır.
Jurnala peşəkar jurnalistlərin dəvət olunduğunu deyən Zakirə xanımın oxucular üçün yeniliyi də var: "Jurnalda oxucular kifayət qədər dəyişikliklər hiss edəcək. Əsas odur ki, jurnalın tirajını artırmaq fikrimiz var. Oxucuların maraqları və zövqləri mütləq nəzərə alınacaq. Bundan əlavə əsas yeniliklərdən biri odur ki, jurnal ATV kanalının loqası altında çap olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB