Bəstəkar ulu öndəri necə xatırlayır?

Bəstəkar ulu öndəri necə xatırlayır?

Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından 9 il ötür. Onunla bağlı xatirələr isə hələ uzun müddət yaddaşlardan silinməyəcək. Onu mədəniyyət və incəsənət xadimləri də unuda bilmir.

Heydər Əliyev haqda ürəkdolusu danışan mədəniyyət və incəsənət xadimi Nailə Mirməmmədli xatirələrini SİA ilə bölüşdü: "Bir dəfə konsert keçirilirdi. Həmin mərasimdə Bolqarıstanın prezidenti də iştirak edirdi. O, tədbiri dünyasını dəyişmiş həyat yoldaşım bəstəkar Hikmət Mirməmədliyə həvalə etmişdilər ki, mahnı yazsın. Hikmət də çox oturub fikirləşdikdən sonra bizim ümumi musiqimiz olan "Yallı" mahnısına üz tutdu və bunun öhdəsindən də çox yaxşı gəldi. Tədbirdə bizi zalda qabağa çəkərək söylədilər ki, bu tədbirin keçirilməsində əməyimiz böyük olub. Sonra ulu öndər Hikməti qucaqladı. Heç birimiz ulu öndərin üzünə baxa bilmədik. Yəqin ki, ona qarşı hörmətimizdən irəli gəlirdi. Daha sonra mərasimdə iştirak edən digər insanlarlara salamlaşaraq bizdən uzaqlaşdı. Həmin an Hikmət mənə yaxınlaşaraq söylədi ki, bayaq dişim ağrayırdı. Amma ümummilli liderin əli mənə dəydikdən sonra ağrısı keçdi. O tədbirdən sonra Heydər Əliyev bütün mərasimlər üçün bizə mahnı sifariş verirdi. Onu da deyim ki, dövlət tədbirləri üçün yazdığımız bütün musiqiləri təmənnasız etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə