Bu gün ulu öndər Heydər Əliyevin ölümündən 9 il ötür. Ümummmilli lider adi vətəndaşlarla maraqlandığı kimi sənətçilərimizə də böyük hörmət edib. Onu vəfatından danışan əməkdar artist Firuzə İbadova dahi şəxsiyyətin ölmünə çox pis olduğunu ağlayaraq dilə gətirib: "İllər öncə mərhum xalq artisti aktyor Yaşar Nuri ilə el şənliklərinin birində idik. Gecəni rəhmətlik Yaşar idarə edirdi. Toy dövlət adamının övladının idi. Saat 10 radələrində ev yiyəsi Yaşara yaxınlaşaraq söylədi ki, Heydər Əliyev dünyasını dəyişib, məclisi bağlasın. Bu sözü Yaşar Nuriyə deyəndə hönkürtü ilə ağlamağa başladı. Mən soruşduqda isə nə olub? O, cavabında ulu öndərin dünyasını dəyişdiyini dedi. Mən də onunla birgə ağlamağa başladım. Toyu bağladıqdan sonra həmkarım Cavanşir Məmmədovla Heydər Əliyevin dayısı qızı Aidə xanımgilə sonra da bacısıgilə getdik.
Hər səhər 12 dekabr tarixini yuxudan göz yaşlarımla açıram. Nəzərinizə çatdırım ki, Heydər Əliyevin məktəbini və tərbiyəsini görən sənətçi olmuşam. Bununla fəxr edirəm. Ulu öndərin ölmündən 1 il sonra da yenə el şənliklərinə və konsertlərə getmədim. O, dünyasını dəyişəndə mənim üçün həyat dəyişdi. Elə bildim ki, atamı və qardaşımı itirdim. Kaş Heydər Əliyev ruhən qəlbimizdə olduğu kimi, cismən də yanımızda ola biləydi. Onun ruhu qarşısında baş əyirəm".
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB