Bu gün ümummmilli lider Heydər Əliyevin anım günüdür. Bununla əlaqədar əməkdar artist Baloğlan Əşrəfov ulu öndərlə bağlı xatirələrini SİA-ya danışdı: "Bu gün Azərbaycan xalqının dahi liderinin, Heydər Əliyevin anım gündür. Onunla bağlı xatirələrim çoxdur. Ancaq ən yadda qalanı isə konsertlərin birində keçirilən tədbir olub. 1982-ci ildə sarayaların birində dövlət tədbiri keçirilirdi. Həmin tədbirdə Heydər Əliyevlə birgə mən də iştirak edirdim. Konsert zamanı ulu öndər səhnəyə çıxaraq bir-bir sənətçilərlə görüşdü. Əl verib görüşdüyü sənətçilər arasında mən də var idim. Bu mənim yaddaşımda xatirə olaraq qaldı. Onu da nəzərinizə çatdırım ki, azərbaycanlı balası və sənətçisi kimi ümummilli liderə hər zaman hörmətim olub. Onun dövlətçiliyini qiymətləndirərək heyran qalmışam. Heydər Əliyev kimi şəxsiyyət olmaq hər kəsə qismət olmur. Hər zaman fəxr edəcəm ki, onun kimi şəxsiyyətin liderlik etdiyi dövrlərin şahidi olmuşam. Allah onun ruhunu şad eləsin!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB