Ulduz qarşıdurması nə ilə nəticələnəcək?
Oksana yenidən Fatiməyə qarşı

Hər həftə "ulduzlar"ı qarşılaşdıran və bununla da onların bütün yaradıcılıq yoluna baxış keçirən "Super kimdir?" verilişi bu dəfəki buraxılışında istisnaya yol verəcək. SİA-nın məlumatına görə, həmişəkindən fərqli olaraq bu dəfə ulduz döyüşünə müğənnilər deyil, rəqqasələr çıxacaq. İki küsülü həmkar Oksana Rəsulova və Fatimə Fətəliyeva yenidən qarşı-qarşıya gələcək. Onların illər boyu göstərdiyi fəaliyyət və dəyərli ekspertlərin fikri bu iki gözəl xanım arasında "Super kimdir?" sualını cavablandıracaq. Oksana və Fatimənin performans tərəzisindəki çəkisi və kimin qalib olacağını bilmək istəyənlər bu gün saat 22:15-də Lider TV-də "Super kimdir?" verilişinə baxmalı olacaqlar.

Xatırladaq ki, "Super kimdir?" verilişinin rejissoru və aparıcısı Novruz Məmmədov baş redaktoru isə Ülviyyə Alovludur.

Bütün xəbərlər Facebook səhifəmizdə