Əməkdar artist verilişini təxirə saldı və getdi

Əməkdar artist verilişini təxirə saldı və getdi

Türkiyənin TRT Avaz telekanalı vasitəsilə yayımlanan "Azərinlə bir Avaz" verilişi bu axşam canlı olaraq nümayiş olunmayacaq. SİA-nın məlumatına görə, bu axşam tamaşaçılar verilişin təkrarlarından birini izləyə biləcəklər. Buna səbəb Azərbaycanın əməkdar artisti Azərinin Beynəlxalq Hüquqların Müdafiə Günü ilə bağlı Amsterdamda keçirilən irimiqyaslı tədbirə dəvət alması olub.

Bu məlumatı müğənninin özü də təsdiqlədi. Azərin bu mərasimdə iştirak edib və "Azərbaycan" mahnısını ifa etməklə qonaqların böyük alqışını qazanıb. Azərinin Azərbaycan hüdudlarından kənarda fəaliyyəti hər zaman maraqla izlənir.

Məhz beynəlxalq səviyyədə keçirilən bu kimi tədbirlərdə Azərbaycanın səsinin eşidilməsi, musiqimizin, mədəniyyətimizin təbliği təqdirəlayiq hal kimi qiymətləndirilir.

Əməkdar artistimiz Avropa səfəri barədə daha ətraflı məlumatı Türkiyəyə qayıtdıqdan sonra verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə