Klipin təməlini qoyan türkiyəli ulduz azərbaycanlı müğənni haqda nələri dedi?
O klip belə çəkilib

Məşhur müğənni Röya Ayxanın Türkiyədə işıq üzü görən "Göndər" adlı mahnı haqda yetərincə məlumat vermişik. SİA xəbər verir ki, bu dəfə danışanlar sırasında mahnının müəllifi, məşhur müğənni-bəstəkar Soner Sarıkabadayı da olub.

Qardaş ölkənin Show TV kanalında Soner Röyaya həsr edilmiş süjetdə ifaçımızla bağlı açıqlama verib. Türkiyəli məşhur Röya ilə əməkdaşlığından məmnun qaldığını deyib: "Röya çox bəyəndiyim insandır. Ona ən böyük faydanı vermək üçün əlimdən gələni etməyə çalışdım. Sevimli Mustafa Ceceli də mahnının aranjemanını etdi. "Göndər" yeni işıq üzü görsə də uğur qazanaraq sevilməyə başlayıb".

Soner Sarıkabadayı Röyanın Azərbaycan və Türkiyə arasında sənət körpüsü olacağına inandığını deyib: "Röya ölkəmiz üçün önəmli bir körpüdür. Çünki Azərbaycan üçün çox önəmli sənətçidir. Bu cür önəmin Türkiyədə də kəşf edilməsi iki ölkə arasındakı musiqi istehsalının inkişafına böyük təkan verəcək".

Qeyd edək ki, Röyanın "Göndər" klipi bir neçə gündür Türkiyə telekanallarında yayımlanır.

Xatırladaq ki, Röyanın qardaş ölkədə fəaliyyətə başladığı rəsmi səhifədə sözügedən klipin çəkilişlərində lentə alınan fotolar yayımlanıb. Həmin şəkilləri SİA oxucularına da təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə