Yenicə 2 əməliyyatdan çıxmış ulduzun ilk görüntüsü
Azərbaycanın xalq artisti, Pop Diva Aygün Kazımovanın yenicə 2 əməliyyatdan çıxması heç kimə sirr deyil. SİA-nın məlumatına görə, keçirdiyi plastik əməliyyatların sayını az qala itirən xalq artistinin son əməliyyatından sonra ilk fotosu artıq internetdə yayılıb.

Kazımova gecə xalatında olarkən şəkil onun prodüsseri Tolik (Tarix Əliyev) çəkib və Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşıb.

SİA-ya açıqlama verən Tolik onu da əlavə edib ki, xalq artisi dünən səhər saatlarından ölkəni tərk edib. İstanbula gedən xalq artisti 11 dekabr tarixində vətənə dönəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB