Qalmaqallı stilist Samiraldo (Samir Əliyev) uşaqlıq illərini yada salaraq valideyinlərindən danışdı. Kimsəsiz uşaqlar evində böyüyən Samiraldo hazırda bacı və qardaşının olduğunu dedi. SİA-ya açıqlama verən stilist qardaşının ona oxşadığını dilə gətirdi: "Uşaq vaxtı kimsəsizlər evində olanda atam yanıma gəlmişdi. Onda mənə söylədi ki, anamdan ayrılıb. Anam da yenidən ailə həyatı qurub. Sonra atam bildirdi ki, anamın ikinci ərindən 1 qızı, 1 oğlu var. Deyilənə görə, qardaşım mənə oxşayır. Bildiyimə görə, hazırda qardaşım Londonda yaşayır. Onu şəhərdə övladı ilə birgə gəzəndə görüblər. Elə biliblər ki, mənəm. Ancaq onun məndən xəbəri yoxdur. Onu da deyim ki, bu vaxta qədər valideyinlərim və qohumlarım mənimlə maraqlanmadıqlarına görə, heç mən də yada salmamışam. İndidən sonra da belə bir fikrim yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB