“İmperator” iflas etdi?

Türk musiqisinin "İmperator"u İbrahim Tatlıses maddi cəhətdən sıxıntılı günlər yaşayır. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 2 milyon 100 min lirə borcunu ödəyə bilməyən müğənninin 11 şirkətinin əmlakına həbs qoyulub. Tatlıses bu qərarla barışmayaraq qarşı tərəfə məhkəmə iddiası qaldırıb. İstanbul İcra Məhkəməsi öz növbəsində müğənninin iddiasını qəbul edərək müvafiq qərar verəcək.

Qeyd edək ki, "İmperator" ötən il silahlı hücuma məruz qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə