"Haziran Gecəsi", "Aşk-ı Memnu" və son olaraq "Möhtəşəm yüzyıl" seriallarında möhtəşəm oyunu ilə diqqətləri cəlb edən Nebahat Çehrənin seriallardakı səsinin əsl sahibi ortaya çıxıb. Məhşur aktrisaya səsi ilə həyat verən gizli Gülən Karaman, ilk dəfə bu haqda danışıb. Dublyajla bərabər seriallarda da rol alan teatr sənətçisi Karaman sadəcə səsi ilə Nebahat xanıma yoldaşlıq etdiyini ifadə edib: "Nebahat xanım görünüşüylə oynayır, mən səsimlə ona yoldaşlıq edirəm. Nebahat xanımın oynadığı xarakter oluram. Ən yaxınımdakı insanlar və yoldaşlarım belə bu işi gördüyümü bilmirlər".
Həmçinin Karaman bildirb ki, fərqli xarakterlərə səs yoldaşlığı etməsinin səbəbi səsini təkmilləşdirmək istəyidir.
Qeyd edək ki, oyunçu eyni zamanda bir çox reklam filmlərini də səsləndirir.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB