Əməkdar artist nəvə görmək istəyir

Əməkdar artist nəvə görmək istəyir

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova qızı haqqında danışıb. O, qızı Aynişanı ərə vermək istədiyini dilə gətirib. SİA-ya açıqlama verən əməkdar artist qızının hələ ki, evlənmək fikrində olmadığını deyib: "Aynişanı ərə vermək istəsəm də, mənə qarşı çıxır. Hələ ailə qurmaq istəmədiyini deyir. Mən isə inad edərək nəvə görmək istədiyimi söyləyirəm. Qızıma demişəm ki, sevmədiyin biri ilə ailə qurma. Amma onu da deyim ki, Aynişanın seçdiyi oğlan haqqında maraqlandıqdan sonra əlaqələrinin olmasına icazə verərəm. Çünki tanımadığım insana qızımı verə bilmərəm. Həyatdır, hər şey ola bilər. Qızlarımız dünyanın ən gözəl varlığıdır. Odur ki, onları incitmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə