Estradanın məşhur siması Günay İbrahimlinin yaradıcılığında yenilik var. SİA-ya eksklüziv açıqlama verən müğənni yeni mahnı, klip və solo albom üzərində çalışıdığını açıqlayıb. "Özüm də sənsən" adlı mahnının sözləri Nuridə Əhmədovaya, musiqisi Ceyhun Əliyevə, aranjemanı isə Tərlan Məmmədhüseynova məxsusdur.
Müğənni bildirib ki, mahnı tam hazırdır və gələn həftənin əvvəlindən dinləyicilərə təqdim ediləcək: "Mahnıya klip də çəkdirmək istəyirəm. Çəkilişlər yanvar ayına planlaşdırılır. Allahın köməkliyi ilə çəkdirəcəm. Mahnı çox ürəyimcədir. Ümidvaram ki, tamaşaçılarım da bəyənəcək".
Günay həmçinin yeni albom üzərində də çalışır: "Albomun adı hələ dəqiq deyil. Ancaq içərisinə 13 mahnı daxildir. Bilirəm, çox adam deyəcək ki, axı 13 nəsh rəqəmdir. Ancaq bu rəqəm mənə uğur gətirir və düşünürəm ki, bur cür streotipləri qırmaq lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB