Məşhur müğənni: “Gəl qovuşaq”

Məşhur müğənni: “Gəl qovuşaq”

Məşhur müğənni Niyam Səlami yeni albom buraxılışından sonra daha bir neçə mahnı üzərində çalışır. Hal-hazırda müğənni musiqisi Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus olan "Üsyanım var "adlı mahnısına klip çəkdirməyi düşünür. Niyamın mətbuat katibi Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, bundan əlavə müğənni bu ilin sonuna daha ritmik mahnısını öz dinləyicilərinə təqdim edəcək. "Gəl qovuşaq" adlı musiqi parçasının sözləri müğənninin prodüsseri Elvin Aydına musiqisi isə Elşada məxsusdur.

Niyam həmçinin "Gəl Qovuşaq " adlı yeni mahnısına da gələn ilin ilk ayında klip çəkdirməyi düşünür. Hər iki klip öncə mətbuat işçilərinin öhdəsinə buraxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə