"Göndər" müğənninin Türkiyə şou-biznesi üçün çəkdirdiyi ilk klipdir
Azərbaycan estradasınn ulduzu, məşhur ifaçı Röya Ayxan uzun zamandır üzərində çalışdığı "Göndər" klipini artıq internet istifadəçilərinin ixtiyarına buraxıb. SİA-nın məlumatına görə, türkiyəli rejissor Murad Küçük tərəfindən lentə alınan klip dünəndən etibarən qardaş ölkənin ən məşhur musiqi kanallarında yayımlanmağa başlayıb. İnternetdə isə gecə saatlarında sürətlə yayılıb.

Söz və musiqisi məşhur türk ifaçısı Soner Sarıkabadayıya, aranjemanı Mustafa Ceceliyə məxsus "Göndər" Röyanın türk şou-biznesi qatılması üçün ilk klipdir.

Tam fərqli, cazibədar və açıq-saçıq səhnələrdə çəkilən Röyanı təqdim etdiyimiz yeni klipində izləyə bilərsiz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB