“Mənim dilimdən onların adlarının çəkilməsi böyük şərəf olar”

“Mənim dilimdən onların adlarının çəkilməsi böyük şərəf olar”

Azərbaycanın əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu şou-biznesdə ulduz xəstəliyinə tutulan müğənnilərdən danışıb. Şair adıçəkilən xəstəliyə düçar olanların adlarını açıqlamaq istəməyib. SİA-ya açıqlama verən Baba müəllim bunları deyib: "Şou-biznesdə çoxları ulduz xəstəliyinə tutulublar. Nəzərinizə çatdırım ki, ulduz xəstələyi ümumi xəstəlik olaraq daundur. Bu xəstəliyin qarşısını almaq olmaz. Ancaq daun xəstəliyini kökündən təmizləmək lazımdır. Belə xəstəliyə tutulan ifaçıların adlarını açıqlamaq istəmirəm. Çünki onların adlarını çəkməklə o səviyyəyə enmək istəmirəm. Eyni zamanda mənim dilimdən onların adlarının çəkilməsi böyük şərəf olar".

Bütün xəbərlər Facebook səhifəmizdə