Azərbaycan estradasının fərqli ulduzu, məşhur ifaçı Röya Ayxan yeni görünüşü və mahnısı ilə türk şou-biznesində gündəm yaratdığı kimi, paytaxtda da müzakirə obyektinə çevrilib. Müğənninin yeni imici hər kəs tərəfindən bəyənilib.
Türkiyə mətbuatı müğənnimizi dünya ulduzu Rihanna ilə müqayisə edib. Qardaş ölkənin xəbər başlıqlarında "Azərbaycanlı Rihanna gəlir" şuarları da diqqətimizdən qaçmadı.
Hazırda dayanmadan öz üzərində çalışan müğənninin yeni çəkdirdiyi "Göndər" adlı klipi də sabahdan etibarən tamaşaçılara təqdim ediləcək. Söz və musiqisi məşhur türk ifaçısı Soner Sarıkabadayıya, aranjemanı Mustafa Ceceliyə məxsus "Göndər" mahnısının rejissor Murad Küçükdür.
Röyanın prodüsseri Kənan Bayramovun SİA-ya verdiyi məluamata görə, klip sabahdan etibarən Türkiyənin Kral TV və Pover Türk kanallarında nümayiş olunacaq.
Görülən işlərlə bağlı müğənninin də münasibətini öyrənmək istədik. O isə çəkdiyi zəhməti bir cümlə ilə ifadə etdi: "Allah xeyir versin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB