Dünya gəzintisini başa vuran Tolik bu gün qayıdır

Dünya gəzintisini başa vuran Tolik bu gün qayıdır

Azərbaycanın tanınmış prodüsseri Tolikin (Tarix Əliyev) atasının ürəyindən ağır əməliyyat keçirdiyi üçün depresiyaya düşdüyü hər kəsə bəllidir. Əməlliyatdan çıxandan sonra atasının səhhətində yaxşılaşma görən prodüsser probemlərdən uzaqlaşmaq üçün vətəni tərk edərək dünyanın ən gözəl məkanlarına yollanıb.

SİA-nın məlumatına görə, Malaziyanın Kuala Lumpur şəhərində 3 gün qalan Tolik sonradan Singapura gedib.

Yaxşıca dincələn prodüsser həm şəhərin ağır mühitindən, həm də yaşadığı depresiyadan çıxıb.

Qeyd edək ki, dünya gəzintisini başa vuran Tolik bu gün Bakıya gəlir.

Bütün xəbərlər Facebook səhifəmizdə