Azərbaycanlı müğənni “vampir” oldu

“Mən çox güclü qadınam”
Azərbaycanlı müğənni “vampir” oldu

Azərbaycanın tanınmış müğənnisi Sevinc Ağaşirinova yeni fotosessiya edib. Qış aylarında dağa gedən müğənni yeni şəkillər çəkdirmək üçün bir az açıq-saçıqlığa üstünlük verib.

Qara və dərin dekolteli libas müğənniyə yeni imic verib. Fərqli görünmək istəyən Sevinc SİA-ya açıqlamasında "vampir"i xatırlatmaq istəyini də istisna etmədi: "Bəlkə də "vampir"ə oxşayarım. Ancaq bu şəkillərdə güclü qadın olduğum göz qarşısındadır. Fikrimcə, mən burada tam fərqliyəm. İncə, lakin daxilən çox güclü birini xatırlatmağım da istisna deyil. Mən ürəyi sevgi ilə dolan "vampir" obrazını canlandırmışam. Daha mərhəmətli və səliqəli görünüşə malik "vampir" ".

Xatırladaq ki, Şamaxı rayonunun Pirqulu qəsəbəsində lentə alınan şəkillərin müəllifi daha çox estrada ulduzu Röyanın fotoqrafı kimi tanınan Hüseyn Bağırovdur. Fotosessiyanın ideya müəllifi isə Sevincin prodüsseri Zaur Bağırovdur.

Müğənninin eksklüziv fotosessiyanı siz də izləyin:

Bütün xəbərlər Facebook səhifəmizdə