“Ən yaxşısını” facebook seçəcək

“Ən yaxşısını” facebook seçəcək

2013-cü ildə "Ən yaxşı kimdir?" sualına cavab tapılacaq. Belə ki, 2012-ci ilin ən yaxşı simaları 2013-cu ilin ilk günlərində bəlli olacaq. "Ən yaxşı kimdir" layihəsinin rəhbəri Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, layihədə "İlin müğənnisi", "İlin kişi və qadın ifaçıları", "İlin qadın teleaparıcısı", "İlin radio aparıcısı", "İlin klipi", "İlin ən yaxşı fotoqrafı" və s. nominasiyalar üzrə mükafatlar təyin olunacaq.

Səsvermənin özəlliyi isə facebook sosial şəbəkə ilə bağlı olacaq: "Bu layihədə "İlin müğənnisi" və digər sahələrin birincisini seçmək üçün fərqli səsvermə olacaq. İnsanlar bu sahələr üzrə binincini seçmək üçün yalnız "Facebook" sosial şəbəkəsindən səs verə bilər. Bu cür səsvermə üçün "Facebook"u seçməyimizdə də məqsədimiz var. Düşündük ki, insanların daha çox üstünlük təşkil etdiyi yer "Facebook"dur. Həm də insanlar sevdiyi sənətçiyə yalnız şəkil vasitəsi ilə səs verə bilər. Səsvermə təxminən 20-25 gün ərzində aparılacaq".

Ceyhun Məhərrəmov onu da bildirib ki, qaliblərin adı bilindikdən sonra bir həftə ərzində böyük konsert proqramı ilə birincilik qazananlara mükafatlar təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə