Elza Seyidcahan yolunu azdı

Bu gün qalmaqallı müğənni Elza Seyidcahan yeni klipinin təqdimatını keçirməlidir. Sia-nın məlumatına görə, tədbir saat 14.00-da başlamalı idi. Media nümayəndələri təyin olunan vaxtda təqdimat keçiriləcək məkana toplaşsalar da, Elza Seyidcahan yoxa çıxıb. Bir saatdan artıqdır ki, jurnalistlər müğənnini gözləyir. Elza Seyidcahan tədbirdə jurnalistlərə zəng edərək tədbirin keçiriləcəyi Beynəlxalq Mətbuat Mərkəzini tapa bilmədiyini və hazırda Bulvar yaxınlığında olduğunu deyib. Bunu eşidən jurnalistlərin əksəriyyəti isə BMM-i tərk etdi. 2 saatdan sonra mətbuat mərkəzinə gələn müğənni klipini qalan jurnalistlərə təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə