SİA-nın "Mən beləyəm" rubrikasının növbəti qonağı məşhur müğənni Xumar Qədimovadır...
Həssas və olduqca cazibədar Xumar xanımın "Mən beləyəm" deməyə bir çox səbəbləri oldu. İfası kimi həzin danışıq tembrinə malik müğənni çox xanım-xatun və nazlıdır. Onun yerişi, baxışı və hər bir hərəkəti əks cinsin namayəndəsi tərəfindən sevilir. Onun hər bir jesti ehtiraslı xanım olduğunu sübut edir.
Şəxsi həyatında da seçici olan müğənni eşq düşkünüdür. Hər zaman sevib-sevilməyi üstün tutan Qədimova bir çox kişiləri də özünə həsrət qoyub.
İfaçının nazlı olması bəzilərində ikiüzlülük təəssüratı yaradır. Tamaşaçıların bir qismi düşünür ki, Xumarın belə "xumarlanması" sadəcə efir obrazıdır. Ancaq onu yaxından tanıyan insanlar və ailə üzvləri iddia edir ki, müğənni evdə olduğu zamanlarda da məhz belə xanım-xatundur. Xanım Qədimova mənzilində dikdaban ayaqqabı ilə gəzir. O, ən adi bir içkini də xüsusi şərab bardağında qəbul edir.
Səbr və təmkin nümayiş etdirən Xumar xanımın əsəbləşməyi də var. O, nə qədər astagəl olsa da dəqiqliyi çox sevir. Ancaq onu da istisna edə bilmərik ki, Xumar Qədimova çox kaprizli ulduzlarımızdandır.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB