Müğənni İlahə İbadova bir çox insanlar kimi, payızın romantikasını sevir. Sənətçinin vaxt məhdudiyyəti belə, onun bu romantikanın dadını çıxarmasına mane ola bilmir. SİA-nın məlumatına görə, yağışlı havada bəzən vacib yaradıcılıq işlərini bir kənara qoyub, səs-küydən uzaq gəzintiyə çıxır.
"Yağışdan sonra torpağın qoxusunu çox sevirəm. Bir də payızda xəzan başlayır. Bu insanda bir nisginlik yaradır. Həmin mənzərəni izləyib qəmlənirəm. Həssas insanam. Ağacdan düşən yarpaq belə incidir məni. Amma payızın sonunda olsaq belə, soyuğu məni üşütmür, rahatladır. Şər qarışanda sakit havada gəzmək insanın ruhunu dinləndirir" – deyən sənətçi payızın mənzərəsini əks etdirən layihə də düşünüb: "Novbəti klipimdə payızın əksini göstərmək istəyirəm. Vaxt imkan versə, payızın ikinci ongünlüyünə kimi bunu həyata keçirəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB