Gecə yenə də Azərinlə keçəcək

Gecə yenə də Azərinlə keçəcək

Azərbaycanın əməkdar artisti Azərin Türkiyənin TRT Avaz telekanalında aparıcısı olduğu verilişə bu dəfə də türkdilli dövlətlərdən qonaqlar dəvət edib. SİA-nın məlumatına görə, "Azərinlə bir Avaz"ın budəfəki qonaqları Özbəkistanın çox güclü səsə malik məşhur sənətçisi Malika Eqamberdiyeva və Kərkük türkmənlərinin təmsilçisi Ahmet Tuzlu olacaq.

Proqramboyu Azərin qonaqları ilə ortaq türk mədəniyyətlərindən danışacaq, Azərbaycan mahnısı ifa edəcək. Bundan əlavə kərkük və özbək musiqiləri də verilişdə qonaqlar tərəfindən ifa ediləcək.

Proqram hər bazar ertəsi olduğu kimi, bu gün də Azərbaycan vaxtı ilə saat 22:00-da canlı yayımlanacaq.

Azərin xanım növbəti verilişi barədə açıqlama verərkən qeyd edib ki, onun bu proqramı aparmaqda əsas məqsədi ortaq türk mədəniyyətlərini təbliğ etmək, əsasən də Azərbaycan musiqilərini, mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır: "Mən yaradıcılığımda hər zaman mədəniyyətimizin, musiqimizin təbliğinə üstünlük vermişəm. Bu gün bu təbliğatın Türkiyədən aparılması əslində çox vacib və məsuliyyətlidir. Çalışıram ki, imkan qədər türk dövlətlərindən gələn qonaqlarıma Azərbaycan musiqisinin, ədəbiyyatının, incəsənətinin zənginlikləri barədə məlumat verim".

Yeri gəlmişkən, onu da qeyd edək ki, verilişə qoşulmaq istəyən tamaşaçılar internetdə fikirlərini bölüşə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə