Azərbaycanın məşhur müğənnisi, estrada ulduzu Röya Ayxan dekabrın 1-də Hollandiyanın Utrext şəhərində konsert proqramı ilə çıxış edib.
Konsertin təşkilatçısı, "Sultan Production"un rəhbəri, Avropa prodüsseri kimi tanınan Sultan Mustafayevin SİA-ya verdiyi məlumata görə, 3 saata yaxın davam edən konsert proqramında Röya 2 saat 30 dəqiqə çıxış edib: "Röya xanım hər kəslə səmimi və mehriban davranırdı. Sevənlərin qarşısında çıxış edən müğənni möhtəşəm ifalar nümayiş etdirib. Röya xanım hər kəsin xoşuna gəlib. Müğənni konsert zamanı Hollandiyaya yenidən gəlmək istədiyini deyib ki, bu da tamaşaçıların səs-küylü alqışlarına səbəb olub. O, ən sevilən hitlərini ifa edib".
Təşkilatçı onu da qeyd edib ki, konsertin aparıcısı azərbaycanlı Elnaza Sengin olub.
Prodüsser onu da açıqlayıb ki, Röya daha öncə çıxış etdiyi İsveçi bəyənməyib: "Baxmayaraq ki, Röya xanım orada çıxış edib, ancaq Hollandiyanı daha çox bəyənib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB