Bu dəfə Röya danışdı: "Kef edirəm"

Bu dəfə Röya danışdı: "Kef edirəm"

Hazırda Amsterdamda səfərdə olan məşhur müğənni Röya Ayxan haqda xoşagəlməz xəbərlər yayılıb. Yayılan şayiələrdə deyilir ki, guya holland polisləri onu saxlayıblar.

Pərəstişkarlarının qarşısında çıxış edən müğənninin bu xəbərlərdən qəzəbləndiyini eşitdik. Məsələ ilə bağlı müğənni ilə telefon bağlantısı yaratdıq. Amsterdamdan SİA-ya eksklüziv açıqlama verən Röya emosiyalarını cilovlayaraq gülümsədi: "Tutulub? Gülməyim gəlir, vallah! Mən ingilis dilini bilirəm ki, buradakı polislərlə dava edim? Yoxsa ordakilər düşünür ki, mən holland dilinə yiyələnmişəm? Bunlar sadəcə boş söhbətlərdir. Mən hazırda Amsterdamda kef edirəm. Bu kimi xəbərlərlə kefimə soğan doğradığınızı düşünməyin. Mənim əhvalımı heç kim korlaya bilməz".

İşçi komandası ilə Amsterdamı gəzib dolaşan Röya getdiyi məkanlar haqda da danışdı: "Həm ziyarət həm də ticarət etdim. Konsertdən əlavə buraları gəzib dolaşdım. Amsterdam çox gözəldir".

Röya bir neçə günə sonra yenidən Türkiyəyə yollanacağını deyib: "İşlərimlə bağlı getməliyəm. Pərəstişkarlarım əmin olsun ki, mən lap əlayam".

Bütün xəbərlər Facebook səhifəmizdə