Azərbaycanlı müğənni aparıcı olmaq eşqinə düşdü

Azərbaycanlı müğənni aparıcı olmaq eşqinə düşdü

Stilist Anar Ağakişiyevin rəhbəri olduğu və Şimal-Qərb bölgəsində yayımlanan Kanal S-də efirə gedən "Dəbin hökmü" verilişinin çəkilişləri üçün Şəkidə olan müğənni Sevda Yəhyayeva kanalın sərbəst xəbər buraxılışının aparıcısı olub. SİA-nın verdiyi xəbərə görə, 30 dəqiqə ərzində Azərbaycan və dünya da baş verən hadisələrin xülasəsini tamaşaçılara çatdıran Sevda xəbər aparıcısı olmaq istəyini gizlətməyib. İlk dəfə aparıcılıq edən müğənni həmçinin "KANAL-S" televizyasının "Gecənin yarı" verilişində də aparıcılıq edib. 90 dəqiqə efirdə olan Sevda ifası ilə heyranlarını sevindirib. Azərbaycanın, demək olar ki, bütün regionlarından olan telefon zənglərini cavablandıran müğənniyə Gürcüstandan da mesaj və zənglər olub.

Qeyd edək ki, Sevda Yəhyayeva proqram boyu yaradıcılığı ilə bağlı sualları cavablandıraraq tamaşaçılara imzalı disklərini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə