Leyla Ramazanlı Emre Aydınla eyni səhnəni paylaşmaq üçün...

Leyla Ramazanlı Emre Aydınla eyni səhnəni paylaşmaq üçün...

"A plus" productionun rəhbəri Əli Hüseynov haqda şayiələr gəzir. Bu şayiələrə son qoymaq istəyən təşkilatçı özü haqda yayılan məlumatlara aydınlıq gətirmək istədi. SİA-ya açıqlama verən Əli yoxa çıxmasının səbəblərindən və başına gələn hadisədən danışdı: "Mənim barəmdə mediada xoşagəlməz söz-söhbətlər gəzir. Ancaq haqqımda yayılan yalnış məlumatlara son qoyaraq başıma gələnləri danışmaq istəyirəm. Bildiyinizə görə, Emre Aydın konsertinin təşkilatçılığı mənə məxsus idi. Ancaq o konsertdən 1 həftə öncə təcavüzə məruz qaldım. Başımın arxa nahiyəsindən gecə saatlarında küt alətlə zərbə endirdilər və 2 həftə komada qaldım. Həmin hadisə ilə əlaqədar olaraq hüquq mühafizə orqanları cinayət işi açıblar. İnanıram ki, cinayətin üstü açılacaq.

Məni narahat edən digər məsələ haqda da məlumat vermək istərdim. Bəzi saytların verdiyi məlumata görə, Emre Aydınla eyni səhnəni paylaşan Leyla Ramazanlı konsertdə çıxış etmək üçün 10 min manat pul verəcəkmiş. Amma 2 min manatını verib, 8 min manat isə borclu qalıb. Bu xəbər ağ yalandır. Belə söhbət olmayıb. Eyni zamanda da Leyla Ramazanlı türk sənətçisini özü seçib. Yalnış xəbərləri yayan insanlara məsləhət görərdim ki, məlumatı verməmişdən öncə mənimlə əlaqə saxlamaq lazım idi. Belə qənaətə gəlirəm ki, Leyla xanımın uğuru çoxlarını qıcıqlandırır. Adıçəkilən ifaçı ilə yenə də işbirliyimiz olacaq. Onu da nəzərinizə çatdırım ki, gələn həftə mətbuat konfransı keçirəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə