Səyyad Əlizadədən sərt mesaj: "Tərbiyyəsizlər..."

Səyyad Əlizadədən sərt mesaj: "Tərbiyyəsizlər..."

Azəbaycanlı müğənni Səyyad Əlizadə bir müddət öncə ölüm xəbərinin yayılması haqqında danışdı. SİA-ya açıqlama verən zaman emosiyalarını gizlədən bilməyən Səyyad bəy bu şayiəni yayan insanları tərbiyəsiz adlandırdı: "Noyabr ayının 14-də şəxsi avtomobilimdə məclislərin birinə gedirdim. Ancaq şəhərdə tıxacların olduğundan mərasimə gecikmişdim. Bu an telefonuma yaxın dostumdan zəng gəldi və səsimi eşidərək nə yaxşı ki həyatdasan deyib məni təəccübləndirdi. Onnan niyə belə dediyini soruşdum. Cavabında söylədi ki, guya mən avtomobil qəzasına düşüb dünyamı dəyişmişəm. Dostum bu sözləri söyləyəndə şoka düşdüm. Söylədim ki, şəhərdəyəm. Şükürlər olsun ki, mənə heçnə olmayıb. Odur ki, belə xəbərələri yayan insanları tərbiyyəsiz adlandırardım".

Bütün xəbərlər Facebook səhifəmizdə