Roza Zərgərlini bəyənən bavariyalı nənə

Roza Zərgərlini bəyənən bavariyalı nənə

Eurovision-2012"-də Bakıya təşrif buyuran 102 yaşlı Ella nənədən xəbər var. SİA-nın verdiyi xəbərə görə, yarışma ərəfəsində Roza Zərgərli ilə dostlaşan berlinli Ella nənə müğənniyə özünəməxsus hədiyyə edib. O, müğənninin ifa etdiyi "Atəş" mahnısının sədaları altında rəqs edib. "Eurovision-2012"-də Azərbaycana gəlib, "Euroklub"da gənclərlə səhərə qədər əylənən Ella nənə, elə həmin ərəfədə Roza Zərgərli ilə tanış olub. Ella nənə Roza Zərgərlini Bavariyada qeyd edəcəyi ad günü məcilisinə dəvət edib.

Ella nənə Kölndə karnaval, Münhendə oktyabr pivə bayramı, Berlində "böyüklər üçün" diskotekanın xüsusi qonağıdır. Əyləncələrə qatılmağı, səyahət etməyi, velosiped sürməyi, "pub"larda pivə içməyi xoşlayan Ella nənənin 4 övladı, 5 nəvəsi və 2 nəticəsi var. O, oxumağı və oynamağı sevir, amma dərman qəbul etməyi əsla xoşlamır. Alman nənə 1968-ci ildən bu yana "Eurovision"a fanatlıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə