Türkiyədə gecə klublarında işləyən qadınların polisə şikayəti əsasında 43 obyekt sahibi həbs edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, həbs olunanlar arasında Türkiyənin məhşur prodüsseri Doğan Karakaya da var. Ötən həftə qadınların hüquqlarının pozulması, təcavüz və sui-istismarla bağlı şikayəti əsasında keçirdiyi əməliyyat zamanı tutulan Doğan Karakayanın 5 nəfərlə əlbir olduğu məlum olub.
Aparılan axtarış-əməliyyatları zamanı saxlanılan şəxslərin evlərində və mənzillərində 15 tapança, 167 patron, 10 qram narkotik maddə, 522 imzalı kontraktlar, 13 kassa, 13 noutbuk, 12 hard-disk, 5 fləş-disk, 310 DVD, 43 mobil telefon, 3 fotokamera aşkarlanıb.
Qeyd edək ki, Doğan Karakaya Türkiyənin tanınmış müğənniləri olan Hadise, Petek Dinçöz, Alişan, Murat Dalkılıç, Tan, Zeynep Dizdar, Toprak və Tuğba Özerkin prodüsseri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB