Baxımlı verilişin qonaqları bəlli olub

Baxımlı verilişin qonaqları bəlli olub

Lider TV-nin baxımlı verilişi olan "Klip parad" verilişinin qonaqları bəlli olub. SİA-nın verdiyi xəbərə görə, verilişin qonaqları meyxanaçılar İntiqam və Etiram qardaşları olacaq. Onlar veriliş zamanı "Davay do svidaniya" meyxanasının Qazax qızlarının dilində əzbər olmasından və meyxana aləmində olan rəqabətdən söhbət açacaqlar. İntiqam veriliş zamanı ürəyində qalan arzusunu da etiraf edəcək. Meyxanaçı qardaşlar Moskvada verilişlərin birində qonaq olan zaman düşmənlərimizlə başlarına gələn əhvalatdan da danışıblar. İntiqam və Ehtiram qardaşları "Klip parad" da klipləri yerləşdirilən müğənnilər haqqında da öz fikirlərini irəli sürüblər.

Nəzərinizə çatdıraq ki, "Klip parad" verilişi hər həftənin cümə axşamı 16:45-də Lider TV-də teleaparıcı Zemfira Adıgözəlovanın təqdimatında yayımlanır. Verilişin layihə rəhbəri Nail Naiboğlu, prodüsseri isə Pərviz Oqtayoğludur.

Qeyd edək ki, "Klip parad" verilişin informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə