Səyyad Əlizadənin geyimi...

Azərbaycanlı müğənni Səyyad Əlizadə geyimindən söz açıb. O, səhnədə olduğu müddət ərzində rəsmi geyimlərə üstünlük verdiyini deyib. SİA –ya açıqlama verən müğənni ciddi geyinməyinin səbəblərini açıqlayıb: "Məni sevən tamaşaçılar hər zaman məni kostyumda görüblər. Onu da deyim ki, müğənniliklə yanaşı şəxsi həyatımda idmanın müxtəlif növləri ilə məşğul oluram. Ancaq çəkiliş zamanı heç vaxt qeyri-rəsmi geyimlərdə olmamışam. Buna səbəb, sırf tamaşaçıya etdiyim hörmətdir. Çünki xalqıma hər zaman hörmətlə yanaşmışam. Bundan sonra da belə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə