O, maşının rəngindən xəbərsizdir
Müğənni bahalı avtomobil alıb

Tanınmış müğənni Sevinc Ağaşirinova özünə bahalı hədiyyə edib. İfaçı köhnə Hyundai Tucson avtomobilini yeni və daha bahalısı ilə əvəzləyib.

Ağaşirinova yeni Volkswagen Touareg alıb. 2012-ci ilin buraxılışı olan avtomobil müğənninin ürəyincədir. Ancaq nə qədər təəccüblü də olsa, Sevinc yeni avtomobilinin rəngindən xəbərsizdir. SİA-nın fotokamerasına tuş gələn Sevinc bu mövzularla gündəmə gəlmək istəmədiyini açıqlasa da, suallarımızdan yayına bilmədi: "Gözəl avtomobildir. Ancaq yanacağı çox istifadə edir. Çünki mühərrikinin həcmi 4/2 m-dir".

Müğənni avtomobilin qiymətini dilə gətirməkdən imtina etsə də, öyrəndik ki, Volkswagen Touareg markalı avtomobilləri təxminən 58 500- 71 500 AZN-ə əldə etmək olar.

Foto müəllifə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə