Azərbaycanın xalq artisti, estrada ulduzu Faiq Ağayevin 4 günlük konsertinin biletləri artıq satışa çıxarılıb. SİA-nın məlumatına görə, dekabr ayının 27, 28, 29 və 30 ölkənin əsas səhnəsi olan Heydər Əliyev adına Sarayda çıxış edəcək xalq artisti zəngin repertuarı ilə dinləyicilərin qarşısına çıxacaq. "Vida" adlı solo konsertdə bir çox sürprizlərin olacağı da gözlənilir.
Biletləri bu gün saat 14:00-dan etibarən şəhərin bir çox satış nöqtələrindən əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB