Xəyyam Nisanov: “Sevincimdən gözlərim dolur”

Xəyyam Nisanov: “Sevincimdən gözlərim dolur”

Bir neçə gündən sonra solo konserti olacağı müğənni Xəyyam Nisanov yeni açıqlama verib. SİA-nın məlumatına görə, o, məşhur teleaparıcı Nanə Ağaçalıyevanın "Gün keçir" verilişində konsertin iki gün olacağına münasibət bildirib. İfaçı Heydər Əliyev Sarayının səhnəsində bir gün çıxış etməklə kifayətlənib: "Yaxşısı budur, mən bir il də hazırlaşım və yeni repertuarımla tamaşaçıların qarşısına çıxım. Bir gün uğurlu çıxış edəcəyimə əminəm. Ancaq ikinci gün üçün risk etməyə çəkinirəm. Mən həmkarlarım və mətbuat nümayəndələrinin bir çoxundan üzr istəyirəm. Çünki dəvətnamələri paylamaq imkanımız olmadı. Ümid varam ki, dekabrın 1-nə bilet alıb gələn tamaşaçılar mənim "hesabatımdan" razı qalacaqlar. Bu konsertə çox hazırlaşıram. İstəyirəm, hər şey gözəl olsun. 1 dekabr həyatımda ən önəmli gün olacaq. Sevincimdən gözlərim dolur. Mən dinləyicilərimi çox sevirəm".

Qeyd edək ki, "Solo" adlanan konsertin musiqi prodüsseri uzun illərdir Xəyyamla çalışan Murad Arifdir.

Bütün xəbərlər Facebook səhifəmizdə