“Ağ-qara” müğənni seçim etdi

Gənc müğənni Nərgiz Hüseynova youtube kanalında yeni "İstəyirəm" adlı klipini təqdim edib. Nərgizin SİA-ya verdiyi məlumata görə, mahnının musiqisi Hakan Erola sözləri isə Leyli İsrafilovaya məxsusdur.

Şəkidə çəkilən klipin rejissoru Rəvan Elşadoğludur.

Nərgiz tək kliplə kifayyətlənmir. Belə ki, o, repertuarını bir az da zənginləşdirmək qərarına gəlib: "Yeni mahnım da Hakan Erol və Leylinin istehsalı olacaq. Bu komanda ilə işləmək xoşuma gəlir. Çünki onlar öz işlərinin öhdəsindən layiqincə gələ bilirlər. Ümidvaram ki, iş birliyimiz nəticəsində keyfiyyətli layihələr təqdim edəciyik".

Müğənni yeni klip və mahnılarla yanaşı, təzə fotosessiya da çəkdirib. Qobustan rayonunda lentə alınan şəkillər olduqca fərqlidir.

Bu da yeni klip və fotosessiya:

Bütün xəbərlər Facebook səhifəmizdə