21 dekabr tarixi İlqar Muradovu qorxudur AÇIQLAMA

21 dekabr tarixi İlqar Muradovu qorxudur AÇIQLAMA

Bütün dünyanı təşvişə salan 21 dekabr tarixinə inanan və qorxan insanlar az deyil. Son zamanların ən aktual məsələsinə çevrilən dünyanın sonu əməkdar artist İlqar Muradovu da düşünməyə vadar edib. Məsələ ilə bağlı SİA-ya açıqlama verən müğənni dünyanın dağılacağına inanmasa da bir az təşvişə düşüb: "Mən ümumiyyətlə, dünyanın sonu olacağına inanmıram! Düşünürəm ki, bu, sadəcə camaatı qorxuya salmaq üçün bəhanələrdir. Əslində, bu barədə heç düşünmək də istəmirəm. Bu hadisə ağlıma gələndə, öz həyatıma görə deyil, yaxınlarım, əzizlərim və xüsusi ilə körpələrin aqibətinə görə narahat oluram. Allah eləməsin, belə dəhşətli hadisə baş versin. Bu tarix və yayılan xəbərlər mənə bir az mənfi təsir edir. Ancaq buna inanmıram. Düşünürəm ki, bu yalnız Allahın əlindədir və bunu heç kim deyə bilməz".

"Ömrünüzün sonuna bir gün qalsa, nə edərsiz?" sualını eşidən İlqar Muradov bu sözləri dedi: "Əslində, heç vaxt ömrümün son gününü düşünməmişəm. Ən böyük arzum körpələrin sağlamlığı və xoşbəxtliyidir. Kaş əlimdə belə fürsət olardı, istəyimi həyata keçirərdim".

Bütün xəbərlər Facebook səhifəmizdə