Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən "Bakı gecələri-2012" Estrada Mahnı Festivalının ikinci turunun qalibləri müəyyən olunub. SİA-nın verdiyi xəbərə görə, "Bakı gecələri-2012" Estrada Mahnı Festivalında ümumilikdə 110 mahnı seçilib.
Səsvermənin nəticəsində ən çox səs qazanmış 21 mahnı "Bakı gecələri" Estrada Mahnı Festivalının qalibləri elan edilib.
Onlar aşağıdakılardır: Ayan - "Ya ona dön", Aybəniz Haşımova - "Sən getsən əgər", Aygün Kazımova - "Düşün məni", Brilliant Dadaşova - "Dalğalar", Ceyhun - "Söz verirəm", Elza Seyidcahan - "Tapmaca", Faiq Ağayev - "Riyaziyyat", İlhamə Qasımova - "İstə", Manana - "Gec deyil", Nadir Qafarzadə - "Ana laylası", Natəvan Həbibi - "Damlalar", Rəhim Rəhimli - "Balta", Ramal - "Qurban olum", Roza Zərgərli - "Atəş", Samira -Allahverdi - "Sevgimdən danışdım", Səidə Dadaşova - "Yağış yağır", Sevda Yəhyayeva - "Heç qayıtma", Xatirə İslam - "Biri var burda", Zamiq - "Nağıllar", Zülfiyyə Xanbabayeva - "Yox demə", Şeron qrupu - "Dost".
Qeyd edək ki, qalib mahnılar dekabrın 24-də Heydər Əliyev Sarayında keçirilən Qala-konsertdə tamaşaçılara təqdim olunacaq. Ən çox səs toplamış 3 mahnı mükafatlandırılacaq.
I Yer-Diplom və 5000 manat
II Yer-Diplom və 3000 manat
III Yer-Diplom və 2000 manat
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB