Türkan Şoray jurnalistlərlə görüşməyəcək

Türkan Şoray jurnalistlərlə görüşməyəcək

Bakıda səfərdə olan Türk kinosunun canlı əfsanəsi Türkan Şoray jurnalistlər görüşünü təxirə salıb. Buna səbəb isə aktrisanın səhhətində yaranan problem olub. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, özünü yaxşı hiss etməyən Türkan xanım jurnalistlərin qarşısına çıxa bilməyəcək.

27 noyabrda saat 12.00-da "Mariot Abşeron" mehmanxanasında keçirilməsi nəzərdə tutulan mətbuat konfransına bütün media nümayəndələri dəvətli idi.

Qeyd edək ki, Türkan Şorayın şəhərimizə səfərinin məqsədi noyabrın 26-dan 30-dək Bakıda keçirilən istedadlı və yaradıcı gənclərin II Respublika Toplantısında iştirak etməkdir. O, gənclərə "master-klass" keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə