Əməkdar artistimiz İstanbulda fəxri qonaq oldu

Əməkdar artistimiz İstanbulda fəxri qonaq oldu

Azərbaycanın əməkdar artisti Azərin Türkiyənin Kocaeli şəhərində Azərbaycan Mədəniyyəti evinin açılışında iştirak edib. SİA-nın məlumatına görə, vətənpərvərliyi ilə hər zaman bir çoxlarına örnək olan sənətçimiz bu münasibətlə konsert proqramı keçirib.

Daha sonra Azərbaycan sənətçisi İstanbulda Balkan savaşının 100 illiyi ilə əlaqədar olan tədbirdə fəxri qonaq kimi iştirak edib. Əməkdar artistmiz bu mərasimdə də maraqlı repertuarla çıxış edib.

Xatırldaq ki, bu gün axşam Azərin Türkiyənin TRT Avaz kanalında növbəti qonaqlarını qarşılayacaq. "Azərinlə bir Avaz"da bu dəfə Qırğızıstanın məşhur müğənniləri Asel Turdaliyeva və Kubanbek Satayev olacaq.

Məlumat üçün onu da qeyd edək ki, "Azərinlə Bir Avaz" Azərbaycan vaxtı ilə saat 22.00- da canlı olaraq yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə