Həyat yoldaşından “ayrılan” müğənni

Həyat yoldaşından “ayrılan” müğənni

Bir çox müsabiqələrin qalibi olan gənc müğənni Sima bir neçə il əvvəl Türkiyəyə gəlin köçərək, sənəti ilə vidalaşdı. Bu qadağanı ona türk vətəndaşı olan həyat yoldaşı qoymuşdu. Həmin müddətdə bir övladı olan Sima zaman keçdikcə səhnədən uzaqda depressiyaya düşdüyünü anlayıb. Uzun illərini musiqi təhsilinə, səhnəyə həsr edən müğənni baş verənləri həyat yoldaşına danışıb və Azərbayacana qayıdıb. Artıq oğlu ilə burada yaşayan sənətçi qısa zamanda yeniliklər edib. Sima SİA-ya verdiyi açıqlamada Türkiyə ilə əlaqəsinin kəsilmədiyini deyib. Həm ailəsi ilə görüşür, həm də yaradıcılıq işləri bəzən orada ərsəyə gəlir: "Yoldaşımı da başa düşürəm ki, o, burada yaşaya bilmir. Arada gəlib bizə baş çəkir. Mənim sənətə bağlı olduğumu anlayıb. Hazırda repertuarı təzələyirəm. Son yazdırdığım mahnın sözləri Arzu Yahyayevaya, musiqisi Orhan Ölməzə məxsusdur. Mahnının hazırlanmasına "Şeron" qrupunun rəhbəri Rüstəm Zeynallı dəstək olur. Güman edirəm ki, gələn həftədən mahnı səsləndiriləcək. Bir də mənim məşhur "Ata" mahnımı yeni versiyada hazırlamağı düşünürük. Bu mahnıya hələ də təlabat var".

Sima sonda bildirdi ki, onun siması yerli kinematoqrafçıların diqqətini çəkib. Sənətçiyə serial çəkilmək təklifləri gəlib. Müğənni kimi planlarının çox olduğunu deyən Sima təkliflə bağlı qəti qərarını vermədiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə