Türkan Şoray: “Onunla görüşməmiş Bakıdan getmərəm”. AÇIQLAMA
Azərbaycanda səfərdə olan Türkiyənin əfsanəvi aktrisası Türkan Şoray SSSRi xalq artisti, şöhrət ordenli sənətkarımız Zeynəb Xanlarova ilə dostluq münasibətlərindən danışıb. SİA-nın məlumatına görə, Park-Bulvarda "İmza: "Mən" verilişində qonaq olan aktirsa Zeynəb xanım haqda fikirlərini bildirib: "Zeynəb Xanlarova dünya "tatlısıdır". Artıq darıxıram, onu nə vaxt görəcəyimi gözləyirəm. Onu görməmiş Bakıdan getmərəm. Zeynəb xanım böyük sənətkardır və çox gözəl xanımdır. O Türkiyəyə gələndə onu evimdə qonaq etdim. Mənim üçün Zeynəb xanım Azərbaycanın əfsanəsidir. Onun Türkiyədəki konsertinə qatılmağı da çox istəyirdim, lakin əfsuslar olsun ki, alınmamışdı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB