Xəyyamnan dəvətnamə gözləyənlərə "bəd" xəbər!

"Bizdən inciməsinlər"
Xəyyamnan dəvətnamə gözləyənlərə "bəd" xəbər!

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Xəyyam Nisanovun 1 dekabr tarixində Heydər Əliyev adına Sarayda solo konserti keçiriləcək. Konsert biletlərinin satılması təəccüblü olsa da komandanı məyus edib. SİA-ya açıqlama verən Xəyyam bu faktı belə şərh edib: "Məsələ burasındadır ki, sponsor, təşkilatçılar, efir və mətbuat dostlarına, qohum və əzizlərə, həmkarlarıma ümumi 800-ə yaxın bilet nəzərdə tutmuşduq. Lakin kassalarda satış intensivliyi imkan vermədi ki, biz bir qismini dəvətnamə edib paylaya bilək. Artıq biletlər satılıb və hələ də tələbat var, insanlar bilet axtarır. Bəlkə konsertə bir gün daha əlavə etdik".

Məsələyə Xəyyamın prodüsseri Murad Arif da münasibət bildirib: "Daha bir gün əlavə konsert təşkil etmək böyük riskdir. Bu riskdən ehtiyyat edirəm. Əgər biletlər satılırsa, həmkarlar və dostlar da buna sevinər, hərhalda. Bizdən inciməsinlər. Bu, Xəyyamın Sarayda ilk solo konsertidir. "Açıq Qapı" prinsipinə əl atmağa eytiyac olmadığı üçün tamaşaçılara minnətdarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə