Gənc olmasına baxmayaraq artıq kifayət qədər məşhurlaşan Aygün Rəhimova xarici görünüşündə də yenilik etməyi sevən müğənnilərdəndir.
Hələ "Yeni ulduz" mahnı müsabiqəsində iştirak etdiyi zaman Aygün çıxışları ilə münsiflər heyətini təəccübləndirdiyi kimi tamaşaçıların da diqqətini cəlb etməyi bacarırdı. Kompleksiz Rəhimova fəqli görünmək üçün ən ağılasığmaz obrazlarda səhnəyə çıxırdı.
Bu yaxınlarda məclislərin birinə qatılan Aygün SİA-nın fotokamerasına tuş gəlib. Qonaqların diqqət mərkəzində olan ifaçı bizim də nəzərimizdən qaçmadı. Qara uzun libasa üstünlük verən müğənni dikdaban ayaqqabıda modellərə "meydan oxuyurdu". Fərqli libasının bəzi hissələrinin tül olması isə müğənnini daha da cazibədar göstərirdi.
Aygün bu qara libası qırmızı dodaq boyası ilə tamamlamışdı. Özünün dediyi kimi bu rəng dodaq boyası yalnız cəsarətli xanımlara yaraşır.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB