ABŞ-da azərbaycanlı bəstəkar-müğənni və iş adamı Emin Ağalarovun "After The Thunder" albomuna dəstək məqsədilə promoturu başlayıb. SİA müğənninin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu həftə ifaçı "After The Thunder" albomunu təqdim etmək və bir neçə konsert vermək üçün ABŞ-a yola düşüb.
EMİN-in "Baby Get Higher" debüt sinqlı artıq 6 həftədir Amerika çartlarını fəth edib. Hazırda sinql "Billboard"-un TOP-20-sində 13-cü pillədədir.
EMİN noyabrın 29-da aparıcılar Çarli Rouz və Qeyl Kinqlə birlikdə "CBS"-in "This Morning" şousunda iştirak edəcək.
Amerikaya səfəri çərçivəsində EMİN "WNYC TV" ilə, "Life & Style" jurnalının və "Good News Broadkasting" şirkətinin əməkdaşları ilə görüşəcək və "Sirius XM Radio"-da çıxış edəcək.
Bununla yanaşı ifaçı Donna Karan və Vest Villicin eksklüziv loftunda öz "VIP Launch Party" gecəsini keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB