Hollivudun məşhur aktyoru, rejissoru və prodüsseri Larri Heqmen vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 81 yaşında dünyasını dəyişən Larri onkoloji xəstəlikdən əziyyət çəkirdi. Aktyor cümə günü axşam saatlarında dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, aktyor 1980-ci illərin məşhur serialı olan "Dallas"ın ulduzudur. O, bu filmlə yanaşı "Cinnini arzulayıram" komediyası və "Ümidsiz ev qadınları" serialında çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB