“Tut əlimdən, birlikdə ölək, hər şey buz kimi olacaq”
Azərbaycan estradasının məşhur müğənnisi Sevda Yahyayevadan fərqli layihə gəlir. SİA-nın məlumatına görə, müğənni az qala bütün dünyanı təşfişə salan 21 dekabr tarixində solo konsert proqramı ilə çıxış etməyi planlaşdırıb. Sevda "Tut əlimdən, birlikdə ölək, hər şey buz kimi olacaq" adını verdiyi konsertdə xüsusi ilə hazırlaşır.
Dəniz Kənarı Milli Parka baş tutacaq layihə Sevdanın 2012-ci il üçün keçirəcəyi son konsert proqramı olacaq. Açıq havada baş tutacaq konsert möhtəşəm şou effektləri və atəşfəşanlıqla yadda qalacaq.
Müğənni layihə ilə bağlı bu sözlərlə kifayətləndi: "Yata-yata ölməkdənsə, dona-dona ölmək yaxşıdır".
Qeyd edək ki, layihənin rəhbəri Samira Xasməmmədova stilist isə Anar Ağakişiyevdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB