Uşaq yaşlarından şəhər mühitində böyüyən xanəndə İlahə İbadova kənd adət-ənənələrini sevir. Bu səbəbdən də işinin çoxluğuna, vaxtının məhdudiyyətinə baxmayaraq yolunu tez-tez bölgələrdən salır. Təbiət qoynunda özünü qəm-qüssədən uzaq tutan sənətçi, hərdən qol cırmayıb kəndin zəhmət tələb edən işlərinə də qoşulur.
Teleməkanda bu qəbildən olan "Zəhmətkeş ulduzlar" verilişinin çəkilişində iştirak edən sənətçi kəndə aşiqliyini yetərincə göstərib. Müğənninin özü SIA-ya danışıb ki, şəhərin səs-küyündən qaçıb çox vaxt kənddə rahatlıq tapır: "Əksər insan mənəvi rahatlığı belə tapır. Kənd ab-havası bir başqadır. İnsan mənən saflaşır. Bir də kəndin zəhmətini çox sevirəm. Bəzən sənət işlərindən o qədər yoruluram ki, bir az kənd işinə qoşulub, bu yorğunluğu unuduram. Sağ olsun "Zəhmətkeş ulduzlar"ın kollektivi ki, ötən həftə mənə bu imkanı yaratdılar. Bacardığım qədər, kənd adamının bir günlük iş ehtiyacını yerinə yetirdim".
"Zəhmətkeş ulduz"u təqdim etdiyimiz fotosessiyada izləyə bilərsiz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB