Aygün Kazımovanın əhvalını kim korladı?

Aygün Kazımovanın əhvalını kim korladı?

Daxil olduğu məclislərdə paxıllıq dolu baxışları üzərinə cəlb edən xalq artisti Aygün Kazımova yenə də diqqət mərkəzində oldu. SİA-nın kamerasına tuş gələn müğənninin gülüş dolu baxışlarını mobil telefon "oğurladı". Ona gələn mesaj əhvalını yamanca korladı.

Kim Pop Divaya səsləndisə, cavabsız qaldı. Kazımova gözünü telefonundan çəkmədi. Mesaja cavab yazmağa hövsələsi çatmayan xalq artisti zəng etmək qərarına gəldi.

Yalnız elefon danışığı bitəndən sonra onun simasına yenidən təbəssüm qondu.

Onu da bildirək ki, xalq artistinin telefonun modeli "BlackBerry Porsche Design"dir. Onun təxmini qiyməti 1400 AZN-dir.

Foto müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə